İçeriğe geçmek için "Enter"a basın

Bakının merkezinde maşınları niye yoxlayırlar?

25-01-2015


25.01.2015 / 19:48 xeber –

Bakıda qapalı parklanma yerlərində təhlükəsizlik tədbirləri gücləndirilir. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, artıq "Azadlıq" meydanında yerləşən ikimərtəbəli yeraltı parklanma yerində avtomobillər girişdə yoxlanılır.

Belə ki, giriş zamanı avtomobilin baqajı mühafizəçi tərəfindən yoxlanılır.

Mühafizəçilər təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin yayda Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı olduğunu deyib.

 

Lent.az-ın məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtın bir sıra mərkəzi hissələrində qoyulmuş ödəmə aparatları da yığışdırılıb.

Mənbə : Lent.az

Bakının merkezinde maşınları niye yoxlayırlar?