
25.01.2015 / 11:07 xeber –
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:07-də söndürülüb. Hadisənin səbəbi araşdırılır.
Mənbə : Lent.az