
24.01.2015 / 23:19 xeber –
İspaniyanın Seuta şəhərində terrorçuluqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, saxlanılanlar Mərakeş mənşəli İspaniya vətəndaşlarıdır.
“Onlar terror aktı hazırlamaqda təqsirli bilinirlər”, – İspaniyanın daxili işlər nazirliyindən bildiriblər.
Qeyd edək ki, yanvarın 17-də Yunanıstanda terrorçuluqda şübhəli bilinən 4 nəfər saxlanılmışdı.