İçeriğe geçmek için "Enter"a basın

Hacıbala Abutalıbovla Ziya Məmmədovun “savaşı”

09-05-2015

ziyahacibalaÖlkəmizdə yaxınlaşan Avropa Oyunları ilə bağlı şəhər nəqliyyatında dəyişikliklər oliqarxlar arasında əsl savaşa çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Transqeyt” özəl şirkətini şəhər nəqliyyatından tam sıxışdırıb çıxarmağa başlayıb. Məlumdur ki, ötən ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində payları dövlətə məxsus “Baku Bus” MMC yaradılıb.

img1809807

Azadlıq.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, “Baku Bus” MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə cəmiyyətə 2014-cü ilin dövlət büdcəsindən 30 milyon manat ayrıldı. Hələ o zaman da bu qərar paytaxtda sərnişindaşıma sahəsinin Nəqliyyat Nazirliyindən alınaraq meriyaya verilməsi və Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin artıq sıradan çıxarılması kimi qiymətləndirilirdi. Nəqliyyat Nazirliyi isə yayılan xəbərlərə acıqlı reaksiya verərək “”Baku Bus” da bizimdir” kimi açıqlama vermişdi.

avtobuslar

Amma Bakı Şəhər İcra Hakimiyyəti də borclu qalmadı. Abutalıbovun rəhbərlik etdiyi qurumdan bildirildi ki, prezidentin göstərişi ilə yaradılan və Avropa Oyunlarında modern avtobusların Bakıya gətirilməsi məhz “Baku Bus”a həvalə edilib və MMC paytaxtda özəl daşıyıcılarla, yəni bu sahədə inhisarçı olan Ziya Məmmədovun şirkətləri ilə rəqabət aparacaq.

 

Az sonra Avropa Oyunları ərəfəsi paytaxta gətirilən avtobusların istehsalçısı “Iveco Bus” şirkəti ilə Nəqliyyat Nazirliyi deyil, məhz Bakı Şəhər İcra Hakimiyyəti arasında müqavilə imzalanması da sübut etdi ki, Ziya Məmmədovun şəhər nəqliyyatından milyonlar qazandıran inhisarçı mövqeyinə son qoyulur. Bu ilin fevralında prezidentin şəxsən iştirakı ilə  “Baku Bus”un paytaxta gətirdiyi avtobuslara baxış oldu. 200 ədəd iritutumlu avtobusun gətirildiyi “Baku Bus” MMC artıq aprel ayında tam fəaliyyətə başlayıb. Bir neçə gün ərzində də “Transqeyt”də daxil, Ziya Məmmədova yaxın şirkətlərin onlarla avtobusları ya köhnə adı ilə  xətdən çıxarılıb, ya da birdəfəlik bağlanıb.

 

Hacıbala Abutalıbovla Ziya Məmmədovun “savaşı”