İçeriğe geçmek için "Enter"a basın

Bartolomeo Kristofori

04-05-2015

fortepianoBugün 4 May yəni pianoyu icad edən Bartolomeo Kristofori -nin doğulduğu gündür. (4 May 1665)
Bartolomeo Cristofori 1700-cü illərdə Floransa-da ilk fortepianoyu düzəldib. Bu alətdə açarlara basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə (piano), həm də bərk səslə (forte) çala bilirdi. Elə alətin adı da buradan yaranmışdır – pianoforte, daha sonra isə fortepiano.

XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı. Alət dəbə gəldiyi zaman onunla ilk musiqi – rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sırasına daxil oldu. XIX əsr ərzində fortepianonun iki əsas növü formalaşmışdır: I – royal (fransızca – “roual” – şahanə) – yəni üfüqi simlərlə. II – pianino (italyanca “pianino” – kiçik piano) – yəni şaquli simlərlə.

Royaldan daha güclü səslənmə tələb olunan böyük konsert salonlarında istifadə edilir. Pianinoya isə məişətdə rast gəlirik.

XIX və XX əsrin bəstəkarları – Bethoven, Şubert, Şuman, Mendelson, Şopen, Qriq, Çaykovski, Musorqski, Raxmaninov, Skryabin və b. fortepiano üçün çoxlu sayda əsərlər yazmışlar. Bu alətin zəngin ifa imkanları, demək olar ki, bütün musiqi alətlərinin diapazonunu özündə cəmləşdirən geniş diapazonu var. Fortepianoda fleytanın incə, zərif səslənməsindən, bütün bir orkestrin gur səslənməsinədək müxtəlif çalarları əldə etmək mümkündür.

Fortepianonun ifa imkanlarının daha da genişləndirilməsində görkəmli bəstəkar F. Listin xüsusi rolu olmuşdur. O, həmçinin simfonik orkestr üçün yazılmış əsərləri fortepiano üçün köçürmüşdür.

Dahi polyak bəstəkarı F. Şopeni “fortepianonun qəlbi” adlandırmışlar. O, demək olar ki, bütün əsərlərini bu alət üçün yazmışdır F. List və F. Şopen görkəmli bəstəkar olmaqla yanaşı virtuoz pianoçu olmuşlar.

Fortepiano Azərbaycanda

Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir Hacıbəyovun və professional musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.

1925-1945-ci illər ərzində Ü. Hacıbəyov fortepiano musiqisi sahəsinə müraciət edərək, uşaqlar üçün pyeslər bəstələmişdir. Bu pyeslər xalq mahnılarının, muğam melodiyalarının kiçik həcmli işləmələridir (2-5 sətirlik); onlardan bəziləri ansambl tərzində verilmişdir.

1920-ci illərin əvvəllərində Ü.Hacıbəyovun təşəbbüsü ilə xüsusi Türk musiqi məktəbi təsis olundu. Bu məktəbin ilk tələbələrindən biri Asəf Zeynallı idi. O, fortepiano musiqisi sahəsində bir sıra maraqlı əsərlər bəstələmişdir ki, onlar bu günə kimi öz əhəmiyyətini itirməmişdir. A. Zeynallı milli musiqi elementlərin avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Məsələn, A.Zeynallının «Uşaq süitası»nda Azərbaycan musiqisinin milli elementlərinin (6/8-lıq ritmi, təkrarlıq, materialın inkişafındakı variasiyalılıq, şur ladının intonasiyaları) qərbi avropa musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulduğunu görəbilirik.

7 Yorum

  1. Bahar 04/05/2015

    Salam.Zehmet olmazsa dogum gununun tarixini duzeldin.1965 yox 1655. Tewekkurler.

    • Azadliq.az Yazar | 04/05/2015

      Düzəldildi Sağolun.

  2. Rasim 04/05/2015

    Bəlkə Azərbaycanca məqalə yazmazdan əvvəl zəhmət çəkib bu dili öyrənəsiniz? Dili bilməmək ayıb deyil, ayıb olan bilməyib öyrənməməkdir. Dilimizə belə saymazyana münasibətiniz yazdığınız mövzuya maraq yox, sizin şəxsiyyətinizə ikrah oyadır. “Alətdəki klavişlər” dediyiniz şeylərin dilimizdə öz adı var, cənab zurnalist!!!

    • Azadliq.az Yazar | 04/05/2015

      AzertagVikipediyadakıJazz.az məqalələrinə istinadən yazılıb. Təhqir yerinə sadəcə tənqid etməlisiniz bəlkə də.

  3. Antoshka 04/05/2015

    Cox maraqlidi may 4 1965 doqulub,amma 1700 nese icad edib.Halaldi qaqasha.

  4. Rasim 04/05/2015

    Bu təhqir deyil, münasibətdir – dilimə həqarətlə yanaşana mən başqa cür yanaşmayacağam. Qaldı ki Azertag və Vikipediyaya, güman edirəm siz də yaxşı bilirsiniz ki, ordakı müəlliflərin çoxuna Azərbaycan dilini erməni və rus müəllimələr tədris edib. Siz onların səhvlərini təkrar etməməlisiniz. Unutmayaq ki, elə qulağımızın dibində – İranda hələ də bu dil yolunda canını qurban verənlər var.

    • Azadliq.az Yazar | 04/05/2015

      Diqqətinizə görə təşəkkür edirik.

Yorumlar kapatıldı.

Bartolomeo Kristofori