İçeriğe geçmek için "Enter"a basın

Ermənistan Müdafiə Nazirinin qəfil təlaşı

16-12-2014

Ermenistanmüdaf.naz.

1962-də Azərbaycanın Şuşa şəhərində doğulub böyüyən Ermənistan Müdafiə Nazirinin Qarabağa təcili səfəri sual doğurub.

Görünür Ermənistanda nəsə ciddi proseslər baş verir.

ANS PRESS-in məlumatına görə, müxalifətin parlamenti tərk etməsindən və Serj Sarkisyanın evinə hücum edilməsindən sonra, müdafiə naziri Seyran Ohanyan təcili Qarabağa səfər edib.

Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, Seyran Ohanyan işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttinə baş çəkib. O, erməni əsgərlərinin qərar tutduğu istehkamları yoxlayıb, gənc əsgərlərlə tanış olub.

Erməni mətbuatı Seyran Ohanyanın doğulduğu Azərbaycan torpaqlarına təcili səfərini hakim “Qarabağ” klanının qaçmağa hazırlaşması kimi dəyərləndirirlər. Yəni Serj Sarkisyan və çevrəsi qaçmaq üçün indidən özünə yer tədarükü eləyir. Erməni müxalifəti ayağa qalxarsa, yəqin ki, hava limanını tutacaq və “Qarabağ” klanı ara yollarla Qarabağa qaçmaqdan başqa yol tapa bilməyəcək. Ondan sonra da yəqin ki, onların taleyini Azərbaycan həll edəcək.Doğulub böyüdüyün torpağa nankorluğun sonu başqa cür ola da bilməz.Ümid aradıqları yer sonunda Azərbaycan olacaq.

 

Ermənistan Müdafiə Nazirinin qəfil təlaşı