İçeriğe geçmek için "Enter"a basın

Ağcabedide eve ilanlar daraşıb

26-04-2015


26.04.2015 / 18:22 xeber –

 

Ağcabədi rayonunun Boyad kəndində yerləşən yaşayış evlərindən birinə ilanlar daraşıb. 
 

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, məsələyə Rayon İcra Hakimiyyəti də müdaxilə edib.

 

 

Ev sahibi Məhəmməd Aslanov problemin 5 ildir olduğunu və hər il yay fəslində ilanların onların həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, ötən il evdə təqribən 50 ilan görünüb.

“Ev 1958-ci ildə çiy kərpicdən inşa olunub. İlanların əsas yuvası da evin təməlində olduğundan aparılan profilaktik tədbirlər nəticəsiz qalıb”, – deyə M.Aslanov bildirib.

Ağcabədi rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması üçün ailəyə yeni torpaq sahəsi və tikinti materialları ayırıb.

 

Mənbə : Lent.az

Ağcabedide eve ilanlar daraşıb