İçeriğe geçmek için "Enter"a basın

Tanınmış mütexessis vefat etdi

15-12-2016

[r32]

15.12.2016 / 22:12 xeber –

Azərbaycanın tanınmış mütəxəssis, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Çingiz Fərəcov vəfat edib.

 

ABOEMDA-nın mətbuat xidmətinin rəhbəri Rübabə Sahibin “APA Economics”-ə verdiyi xəbərə görə,  Ç.Fərəcov bir neçə saat öncə ürək tutmasından iş yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, Ç.Fərəcov bundan əvvəl Azərbaycan Respublikası Milli Məclisinin şöbə müdiri,  Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

"Qızıl qələm" mükafatı laureatı olub.  Ailəli olub, üç qızı və altı nəvəsi var.

 

Allah rəhmət eləsin

mənbə :
lent.az

Tanınmış mütexessis vefat etdi