İçeriğe geçmek için "Enter"a basın

23 yaşlı məhbus həbsxanada öldü

15-02-2016

genc
Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində ölən 1993-cü il təvəllüdlü Nurani İbrahimov torpağa tapşırılıb.

“Qafqazinfo” azadlıq.org-a istinadən xəbər verir ki, mərhumun əmisi Akif İbrahimov qardaşı oğlunun döyülərək öldürüldüyünü iddia edir. O, mərhumun ayaqlarında döyülmə izlərinin olduğunu deyir.

Məhkumun atası Fuad İbrahimov da oğlunun döyülməsinin sübutları olduğunu vurğulayır:

“Şəkilləri də var, təpik izləri var bədənində. Təcili “etap” edib apardılar 6-cı kolona. Orda 3-4 gün qaldı, yanına getdik, buraxmadılar. Dedilər bizdə hər şey var, yeməyi çatdırmadılar”

<iframe src=”http://azadliq.share.rferl.org/flashembed.aspx?t=vid&amp;id=27553511&amp;w=640&amp;h=363&amp;skin=embeded” scrolling=”no” frameborder=”0″ width=”640″ height=”363″></iframe>

23 yaşlı məhbus həbsxanada öldü