İqtisadçı Natiq Cəfərli bildirib ki, neft dövlət büdcəsində neft 30 dollardan hesablansa, dolların məzənnəsi 2,25 manata qalxacaq.Azadliq.az Qaynar.infoya istinadən xəbər verir ki, ekspert fikirlərini sosial mediada paylaşıb:
“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dünən dedi ki, dollar 2 manat olmayacaq. Bir də qeyd edib ki, büdcədə dəyişiklik ediləcək, neftin baza qiyməti 30 dollar götürələcək. Elman müəllim 2 dəfə xalqı aldadıb, atalar isə üçdən deyib. Amma bu dəfə aldatmır, düz deyir. Dollar 2 manat olmayacaq, əgər neftin büdcədə baza qiyməti 30 dollar götürülsə, dollar 2,25 manat olacaq. Neft Fondunun təsdiq edilmiş büdcəsi və 2016-cı ilin büdcə parametrləri bunu deməyə əsas verir”
Azadliq.az
mence dollar neyinki 2 manat 10 manata bele qalxacaq
xeyr,RUSTEMOV DUZ DEYIR,DOLLAR BAHALASMAYACAQ.
dollarin qalxmaqi biz kasiblara ne dexlisi var isteyirler qaldirsinlar isteyirler yox .