İçeriğe geçmek için "Enter"a basın

O Ses Türkiyə’də Azərbaycan mahnısı səhv təqdim edildi

16-11-2015

oses
Türkiyənin Tv8 kanalında yayınlanan “O səs Türkiyə” yarışmasında Azərbaycan mahnısı ilə bağlı yenə səhvə yor verilib.

Azadliq.az xəbər verir ki, iranlı iştirakçı Moçtaba Xəlil Xabbazi musiqisi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə məxsus “Ay qız” mahnısını ifa edərkən ekranda mahnının müəllifləri kimi Ferdahi və Ali Seliminin adları yazılıb.

Qeyd edək ki, bundan əvvəl də yarışmada Azərbaycan mahnıları ilə bağlı bir neçə dəfə bu tipli səhvlərə yol verilib.
Azadliq.az

O Ses Türkiyə’də Azərbaycan mahnısı səhv təqdim edildi