[r32]
xeber –
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 29,9 milyon ABŞ dolları köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə bu məbləğ 16,9 milyon dollar və ya 2,3 dəfə artıb.
Hesabat dövründə ən az pul köçürmələri 1,7 milyon dollar olmaqla yanvar, ən çoxu isə 7 milyon dollar olmaqla avqustda qeydə alınıb.
İlk səkkiz ayda Gürcüstandan Azərbaycana həyata keçirilən pul köçürmələrinin məbləği isə illik müqayisədə 13,4% artaraq 10,1 milyon dollara bərabər olub.
mənbə :
Report.az