[r32]
xeber –
Bakı şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi fasad işıqlandırmasının təmiri və bərpası üçün lazımı mal materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Tikinti Təminat LTD” MMC-dir.
Qalib şirkətə 994,5 min manat ödəniləcək.
mənbə :
Report.az