[r32]
xeber –
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla |
2019-cu ilin yanvar – avqust aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 24 564,3 | 98,2 |
o cümlədən: | ||
ərzaq məhsulları | 12 014,7 | 103,6 |
içkilər və tütün məmulatları | 1 273,0 | 100,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 3 593,5 | 81,0 |
elektrik malları və mebellər | 1 358,7 | 92,0 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 190,2 | 95,4 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 439,6 | 137,7 |
avtomobil benzini və dizel yanacağı | 1 331,0 | 99,5 |
digər qeyri-ərzaq malları | 4 363,6 | 100,4 |
Bu ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9%, fərdi sahibkarlar üzrə 1,1% artıb, bazar və yarmarkalarda isə 13,7% azalıb.
Bu ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.
mənbə :
Report.az