[r32]
xeber –
ABŞ-ın investisiya bankı “Citigroup”a ilk dəfə qadın rəhbərlik edəcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Söhbət 16 ildir ki, bankın qlobal istehlak bankçılığı bölməsinə rəhbərlik edən Ceyn Freyzerdən gedir. O, vəzifəsinin icrasına gələn ilin fevral ayından başlayacaq.
Xatırladaq ki, “Citigroup”un hazırki CEO-su Mixael Korbat gələn il vəzifəsindən istefa verərək təqaüdə çıxmağı planlaşdırdığını açıqlayıb.
mənbə :
Report.az