İçeriğe geçmek için "Enter"a basın

Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisinə başlanılır

11-09-2020

[r32]
xeber –

“Azərsu” ASC ölkə prezidentinin 2 iyul 2020-ci il tarixli sərəncamına uyğun olaraq Pirşağı-Kürdəxanı-Zabrat kanalizasiya kollektorunun tikintisi üçün açıq tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. 

İddiaçılar ilkin sənədləri oktyabrın 5-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 14-ü, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına – Təchizat və satınalmaların idarə olunması departamentinə təqdim edə bilərlər. Telefon: (012) 431-47-67/87 (daxili 10 33).

Təkliflərə oktyabrın 15-i, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Pirşağı Tullantı Sutəmizləyici Qurğusu bu ilin sonuna qədər istismara veriləcək. Sözügedən kollektor həmin qurğunun əsas gətirici xəttidir. 


mənbə :
Report.az

Pirsagi-Kurdexani-Zabrat kanalizasiya kollektorunun tikintisine baslanilir