[r32]
xeber –
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün regional təhlükəsizlik məsələlərini, o cümlədən Dağlıq Qarabağ məsələsini müzakirə edib.
Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir.
“İkitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət, həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib”, – Nazirlikdən bildirilib.
mənbə :
Report.az