[r32]
xeber –
“Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistanın geniş miqyasda silahlanması davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qənamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”.
mənbə :
Report.az