İçeriğe geçmek için "Enter"a basın

“Azfinance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 20%-dən çox azalıb

07-09-2020

[r32]
xeber –

“Azfinance İnvestisiya Şirkəti” QSC 2019-cu ili 261 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 20,4% azdır.

Ötən il “Azfinance”ın vergiyəqədərki mənfəəti 363 min manat (8,3% az), mənfəət vergisi ödəmələri isə 102 min manat (50% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azfinance”ın aktivləri 2,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,1 dəfə azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 168,5 dəfə azalaraq 387 min manata düşüb, balans kapitalı isə 15,8% artaraq 1,9 milyon manata çatıb. 

Xatırladaq ki, “Azfinance” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.


mənbə :
Report.az

“Azfinance İnvestisiya Sirketi”nin xalis menfeeti 20%-den cox azalib