İçeriğe geçmek için "Enter"a basın

Mədəniyyət Nazirliyinin on vəzifəli əməkdaşı işdən çıxarılıb

04-09-2020

[r32]
xeber –

Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər Nazirlikdən uzaqlaşdırılıb. 

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.

Həmin siyahını təqdim edirik:

Çıxarılanlar:

Aparat rəhbəri Fikrət Babayev

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov     

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azada Hüseynova

Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov

Nazirin müşaviri Aydın İsmiyev

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Ruslan Abduləlimov

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdir müavini Kamal Kazımov   

Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova     

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Dövlət qulluğu və reyestrlərin aparılması sektorunun müdiri Xanoğlan Güləliyev

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin məsləhətçisi Ləman Mahmudova

Yusif Səfərov isə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub və həmin şöbənin Dövlət qulluğu və reyestrlərin aparılması sektorunun müdiri təyin edilib

Anar Kərimov

Anar Kərimov

Təyin edilənlər:

Nazirin müşaviri Elnur Əliyev       

Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov    

Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri İlkin Nəsibov

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafar-Zadə     

Dövlət qulluğu və kadr məsələləri şöbəsi – Zemfira Hüseynbəyli

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Səadət Xələfbəyli

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyul tarixli sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icrası A.Kərimova həvalə olunub.


mənbə :
Report.az

Medeniyyet Nazirliyinin on vezifeli emekdasi isden cixarilib