İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan MSK-sı Azərbaycana dəvət göndərəcək

02-09-2020

[r32]
xeber –

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkilərini izləmək üçün Azərbaycandan müşahidəçilər dəvət edəcək.

Bu barədə “Report”un yerli bürosuna MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, dəvət Azərbaycan MSK-ya göndəriləcək: “Gürcüstan MSK seçkiləri müşahidə etmək üçün Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin mərkəzi seçki komissiyalarından həmkarlar dəvət edəcək”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Səsvermə ölkə üzrə 3 657 seçki məntəqəsində təşkil olunacaq. 


mənbə :
Report.az

Gurcustan MSK-si Azerbaycana devet gonderecek