[r32]
xeber –
Bu ilin II rübündə ABŞ-ın kommunikasiya texnologiyaları şirkəti – “Zoom Video Communications”ın satışdan gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artaraq 663,5 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, rüb ərzində “Zoom” fond birjasında səhmləri ən çox bahalaşan 2-ci şirkət olub. II rübün maliyyə nəticələri açıqlandıqdan sonra isə texnologiya qurumunun bazar dəyəri 22%-dən çox artıb.
mənbə :
Report.az