[r32]
xeber –
Çinin dörd ən böyük dövlət bankından biri olan “Bank of China” 2020-ci ilin ilk yarısında xalis mənfəətinin illik müqayisədə 11,51% azaldığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi bankın ilin birinci yarısı üzrə hesabatına istinadla məlumat yayıb.
İlin ilk altı ayında bankın səhmdarlarına aid olan xalis mənfəəti 100,92 milyard yuan (təqribən 14,65 milyard ABŞ dolları) təşkil edib.
Hesabatda həmçinin bankın hesabat dövründəki əməliyyat mənfəətinin 3,24% artaraq 285,71 milyard yuana (41,47 milyard ABŞ dollarına) bərabər olduğu da göstərilir. İkinci rübün sonunda Çin Bankının cəmi aktivləri əvvəlki ilin sonuna nisbətən 6,07% artaraq 24,15 trilyon yuana (3,5 trilyon ABŞ dollarına) çatıb.
mənbə :
Report.az