İçeriğe geçmek için "Enter"a basın

SOCAR: İsraildə neft emalı zavoduna investisiya nəzərdən keçirilmir

31-08-2020

[r32]
xeber –

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışa çıxarılan İsrailin Aşdod neft emalı zavodu ilə bağlı təklif daxil olub.

Bunu “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail KİV-ində SOCAR-ın bu neft emalı zavodunun alışına maraq göstərdiyi barədə məlumata münasibət  bildirərkən qeyd edib.

O bildirib ki, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir.

Qeyd edək ki, İsrail KİV-ində SOCAR-ın satışa çıxarılmış Aşdod neft emalı zavoduna maraq göstərdiyi qeyd edilmişdi. Bildirilib ki, alış üçün yerli tərəfdaş lazımdır və SOCAR bununla bağlı bir neçə İsrail şirkəti ilə danışıqlar aparır.


mənbə :
Report.az

SOCAR: İsrailde neft emali zavoduna investisiya nezerden kecirilmir