[r32]
xeber –
İqtisadiyyat Nazirliyi data.economy.gov.az ünvanında fəaliyyət göstərəcək elektron hesabat portalının yaradılması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər kotirovka təkliflərini sentyabrın 9-u, saat 17:00-a qədər nazirliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84 ünvanına (Hökumət Evi) təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 493-88-67 (daxili: 22-82) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
mənbə :
Report.az