İçeriğe geçmek için "Enter"a basın

Deputat qəbul keçirən zaman işıqlar söndü

22-08-2020

[r32]
xeber –

Biləsuvar rayonundan seçilmiş deputat Bəhruz Məhərrəmov ötən gün axşam saatlarında qəbul keçirib.

“Report”un Muğan bürosunun məlumatına görə, bu barədə deputat özü bildirib.

Onun sözlərinə görə, qəbul zamanı elektrik enerjisinin verilişi kəsilib.

Beləliklə, qəbulu axşam saatlarına təyin edən B.Məhərrəmov işıqların sönməsinə baxmayaraq görüşü davam etdirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Biləsuvar şəhəri ərazisində elektrik enerjisinin verilişi 15 dəqiqəyə yaxın kəsilib.



mənbə :
Report.az

Deputat qebul keciren zaman isiqlar sondu