[r32]
16 İyun, 2020 14:57 xeber – Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% azdır. 5 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard dolları ixracın, 4,2 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 19,1%, idxal isə 28,6% azalıb.
Son nəticədə xarici ticarətdə 2,8 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 0,9% çoxdur.
mənbə :
Report.az