[r32]
Böyük Britaniyanın koronavirusa yoluxan Baş Naziri Boris Consonun reanimasiyadan çıxarkən çəkilmiş video-görüntüsü yayılıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hazırda müalicəsini palatada davam etdirən Consonu həkimlər alqışlarla qarşılayıb.
Qeyd edək ki, Conson reanimasiyada 3 gün qalıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.