[r32]
Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə rəsmi mənbələrə istinad etmədən müxtəlif anonim informasiyalar yayılıb. Bu barədə virtualaz.org-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən açıqlamada bildirilir.
Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.
İstintaq-əməliyyat qrupu tərəfindən həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara müraciət etmələri xahiş olunur. Məlumat vermiş şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.
Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.
İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin noyabrında oğurlanmış və iki ay sonra-yanvarın 6-da yandırılmış halda meyiti tapılmış 10 yaşlı Nərminin əsl qatilinin kimliyi açıqlanıb.
Naməlum şəxs ima.tv adlı YouTube kanalında dünən sensasion səs yazısını yayaraq kənd sakini, bu dəhşətli qətldə ittiham edilərək tutulan İlkin Süleymanovun əslində günahsız olduğunu, azyaşlını digər kənd sakini Ələkbərov Altay Famil oğlunun oğurladığını və qətlə yetirdiyini bildirib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O bildirib: “Qeyd edilən audioyazı tərəfimizdən istintaq-əməliyyat qrupuna təqdim edilib”.
Virtualaz.org-ın əməkdaşı bu dəhşətli səs yazısı ilə bağlı Tovuz rayon prokuroru Elçin Qəhrəmanova da zəng vurub. Ona səs yazısında “manyak, qatil Altayın dostu” kimi prokurorun adının hallanması haqda sual verib. Prokuror “mən heç bir açıqlama vermirəm, Baş prokurorluqla əlaqə saxlayın” deyib və dəstəyi asıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Nərminin atası Şərif Quliyev səsyazısından xəbərdar olduğunu deyib: “Məsələ prokurorluğun nəzarətindədir. Mən bir ata kimi dövlətimdən, hüquq mühafizə orqanlarından, prokurorluqdan məlumat gözləyirəm”.
Ş.Quliyev Altay Ələkbərovu tanıdğını qeyd edib: “Əlbəttə tanıyıram, kəndlimizdir, cavan adamdır. Amma bu işdə onun günahı varmı-yoxmu, bunu prokurorluq araşdırır. Əlavə heç bir bilgim yoxdur. Amma videoda danışanın bizim kənddən olmadığını bildirirlər. Mən prokurorluq nə deyəcəksə, ona inanacağam. Bu işi bilənlər araşdırır. Tək istəyim balamın qatilinin tapılması və cəzasını almasıdır”.
*******
Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “Altayı dünən axşam tutublar…”
Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”
05
fev
17:49
Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”
Tovuzun Dondar Quşçu kəndində oğurlanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yayılan səs yazısından dünən xəbər tutub. Səs yazısında barəsində bəhs edilən şəxs Altay Ələkbərov ötən gün axşamdan polis əməkdaşları tərəfindən saxlanılıb.
“Altayı tanıyıram. Qızımgilin qonşusudur və, həqiqətən də, “VAZ 2107″ markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir.
Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur.
Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər.
Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram. Altayın atası Famil müəllim mənim oğlumun müəllimi olub, İlkinin atası kimi sakit adamdır. Bu söhbət yayılandan sonra dünən axşamdan Altay Ələkbərovu da tutub aparıblar”.