22.02.2015 16:14 xeber –
“Yaxın 2-3 gündə dollar almağa tələsməzdim, manat müəyyən revanş götürə bilər”
Bu fikirlər iqtisadçı ekspert Samir Eliyevə məxsusdur.
ANS PRESS-in məlumatına görə, ekspert sosial mediada paylaşdığı statusunun sadəcə bir ehtimal olduğunu bildirib.
Hazırda İtaliyada olan S.Əliyev manatın düşməsilə bağlı zarafat da edib: “Roma xalqı qarşısında biabr oldum. Dedim manat dünyada ən güclüdür. Amma milli valyuta yalançı çıxartdı məni”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Mənbə : Anspress.com