İçeriğe geçmek için "Enter"a basın

Daşınmaz əmlak bazarında ucuzlaşma davam edir

21-08-2015

01:07 xeber – Daşınmaz əmlak bazarında qiymətlərdə enmə müşahidə olunmaqdadır. Amma nədənsə, bu enmədən yararalanan yoxdur.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ölkənin daşınmaz əmlak bazarında, ötən ilin mart ayından başlayan aktivliyin aşağı düşməsi, öz enmə tempilə hələ də davam edir. Təkrar mənzil bazarında aparılan araşdırmalar göstərir ki, ilin əvvəlindən başlayaraq bu günə kimi, dollarla ifadədə qiymətlərdə 23 faiz enmə müşahidı olunmaqdadır. Belə ki, iyun ayında ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib.

Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35 faiz azalıb. Araşdırmalar zamanı ən çox müraciət olunan və cəlb edici ərazilər də məlum olub. Bunlar paytaxdın Nəsimi, Nərimanov və Yasamal rayonlarının payına düşüb. Qiymətlərə gəldikdə isə 2015-ci il iyul ayında rayonlar üzrə 1kvadrat metrə görə orta bazar qiymətləri – Səbail 1900, Nərimanov 1286, Nəsimi 1156, Binəqədi 1102, Xətai 1097, Yasamal 1067 AZN-dir. Digər ərazilərdəki tikililər isə 600-700 mant arasında dəyişir. Bundan fərqli olaraq torpaq sahəsində aktivlik müşahidə olunmaqdadır.

“Torpaq bazarında çox cüzi qiymət azalması baş verib. Nəticədə torpaq bazarında aktivlik höküm sürür. Son bir ildə torpaq bazarında 7 faizi qiymət azalması olub. Kommersiya obyektləri bazarana gəlincə bu azalma 29, mənzil bazaranda isə 22 faizdən bir qədər artıqdır”, – deyə ekspert Nüsrət İbrahimov bildirib.

Amma bütün bunlarla yanaşı kirayə bazarında artıq canlanma müşahidə olunmağa başlayıb. Bununla yanaşı qiymətlərdə də artım özünü göstərməyə başlayıb. Mütəxəssislər bunu məzuniyyətlərin başa çatması və tələbələrin yenidən paytaxda üz tutması ilə əlaqədar olduğunu bildiri.

“Tələbər əsasən onlar üçün əlverişli sayılan, yəni metroya, eləcə də ali təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən bir-iki otaqdan ibarət mənzillərə üstünlük verirlər. Məhz bu amil kirayə bazarda qiymət artımına səbəb olub. Digər ərazilərdə isə qiymətlər ya stabildir, ya da cüzü artım var. Yəqin ki, bu il də kirayə bazarda artım qaçılmaz olacaq. Amma güman edirəm ki, əvvəlki qədər artım olmayacaq”, – deyə Nüsrət İbrahimov qeyd edib.

Verilən məlumata əsasən, ilkin mənzil bazarında satışa çıxarılan mənzillərin 32.8 faizi Yasamal, 20.3 faizi Nəsimi, 11 faizi Xətai, 8.3 faizi Binəqədi, 7.3 faizi Nərimanov, 4.7 faizi isə Səbail rayonlarının payına düşüb.

Mütəxəssislər daşınmaz əmlak bazarına kapital axınınının dollarla bağlı olduğu üçün, bu cür vəziyyətin hələ bir müddət də davam edəcəyini bildirir.

mənbə :
anspress

Daşınmaz əmlak bazarında ucuzlaşma davam edir