[r32]
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.
“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.
Fərmanla Səhhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.
Qeyd edək ki, Deputat İsa Həbibbəylinin digər oğlu Ərəstü Həbibbəyli də yüksək vəzifədə çalışır. O Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavinidir. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır.