[r32]
Bakıya səfəri çərçivəsində Almaniya kansleri Angela Merkel “İnstagram”dakı abunəçiləri ilə şəhərin görüntülərini paylaşmaq istəyib. Lakin nəticədə Almaniyanın hökumət başçısı daha öncə Ermənistanda çəkdiyi videonu paylaşıb.
“AzPolitika”nın “Sputnik”ə istinadla məlumatına görə, Merkel videoya şərhdə yazıb: “Guten Morgen aus Aserbaidschan (“Azərbaycandan sabahınız xeyir”)”.
Lakin videoda Yerevanın küçələri görünüb. Tezliklə Merkel səhvini düzəldib.