[r32]
Bu gün Fransanın Tuluza şəhərində azərbaycanlı Rahim Namazov qətlə yetirilib.
Azadlıq.az Report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
“AzPolitika.info”nun məlumatına görə, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat yayıb.
Onun bildirdiyinə görə, R.Namazov avtomobildə olarkən hücuma məruz qalıb. Həmin vaxt həyat yoldaşı da avtomobildə olub və güllə yarası ilə xəstəxanaya aparılıb.
Əslən Şəkidən olan R.Namazovun keçmiş hərbçi olduğu, Naxçıvan hərbi prokurorunun sürücüsü olduğu bildirilir. Bəzi məlumatlara görə o, kriminal aləmlə əlaqəli olub. Baxmayaraq ki, o, Fransa hökumətinə özünü jurnalist kimi təqdim edib.
“1 saat əvvəl Tuluz polisindən mənə zəng edib, bu adlı jurnalistin öldürüldüyünü dedilər. 7 güllə vurulub. Ətraflı məlumat istəyirdilər, mən də onu jurnalist kimi tanımadığımı bildirdim. Sonra “Sərhədsiz Reportyorlar” mərhumun jurnalist kimliyi ilə bağlı məndən soruşdular, mən də bildiyim qədər məlumat verdim. Yəni, qətl edildiyi tam doğru xəbərdir” – Q.Zahid bildirib. O, olayı “adi kriminal razborka” kimi qiymətləndirib.
***
Fransada silahlı hücuma məruz qalan Rahim Novruzovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir.
“Report”un məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
R.Namazov “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınırmış.
Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.
Qeyd edək ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov ilə həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb. Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.
R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.