İçeriğe geçmek için "Enter"a basın

Narkoloji Dispanserdəki yanğında sağ qalan xəstə: “Yanğın zamanı…”

02-03-2018


[r32]
Musavat.com-un müxbiri xəbər verir ki, bu dəqiqələrdə yanğında xəsarət alanlardan daha bir nəfər zəhərlənmə diqanozu ilə Əhmədli qəsəbəsində yerləşən 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Təcili Tibbi Yardım əməkdaşlarının musavat.com-a verdiyi məlumata görə, zəhərlənən şəxs 1985-ci il təvəllüdlü Rəşad Qafarovdur. O, toksikologiya bölməsinə aparıldığını və vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Əməkdaşımız yanğında zərərçəkən R.Qafarovun fikirlərini də alıb: “Bədbəxt hadisənin necə baş verdiyindən xəbərsizəm. Mənim səhhətimdə elə də ciddi problem yoxdur. Yanğın zamanı tüstüdən gözlərim qaralıb, yıxılmışdım. Xilasedicilər məni ölümdən qaytardılar. Həkimlər zəhərləndiyimi dedilər. Orada tanıdığım dostlar var idi. Onlara görə narahatam. Sağ qalıb-qalmadıqlarını bilmək üçün əlaqə saxlamağa çalışacam.Yanğında həlak olanların isə yaxınlarına səbr diləyirəm. Başları sağ olsun”.

Narkoloji Dispanserdəki yanğında sağ qalan xəstə: “Yanğın zamanı…”