İçeriğe geçmek için "Enter"a basın

Rəhim Qazıyevə 10 sutka həbs cəzası verildi

27-12-2017


[r32]
Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevə 10 sutkalıq həbs cəzası verilib.

Xəbər verildiyi kimi, keçmiş müdafiə naziri Rəhim Qazıyev dünən axşam Nərimanov rayon 17-ci polis bölməsi tərəfindən saxlanılıb.
Bu barədə “Report”a onun dostu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.

Onun sözlərinə görə, R.Qazıyev Binəqədiu Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.

R.Qazıyevə qarşı hansı ittiham irəli sürdüyü məlum deyil.

Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhim Qazıyevə 10 sutka həbs cəzası verildi