[r32]
Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib
Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. APA-nın məlumatına görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.
Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov
Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov
Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.
Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.
1994-cü ildə Göy-Göl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yeri qazanıb.
2001-2002-ci illərdə ABŞ-ın İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub.
Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimidir.
2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfə doktoru – alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Hüquq üzrə fəlsəfə doktorudur. Onun fəaliyyət sahəsi beynəlxalq kommersiya arbitrajı, əqli mülkiyyət hüququ, kommersiya hüququ və mülki proses kimi sahələri əhatə edir.
Azərbaycan Respublikasının patent müvəkkilidir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvüdür. 1 iyul 2017-ci il tarixdən Fransanın paytaxtı Paris şəhərində yerləşən Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinin Azərbaycandan üzvüdür.
G.Kərimov 1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistant, 2002-2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.
2014-cü ildən hal-hazıradək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri, 2002- ci ildən hal-hazıradək “Baker & McKenzie” hüquq şirkətinin Bakı ofisinin hüquqşünası, baş hüquqşünası, partnyoru, 2012-ci ildən isə Bakı ofisinin İdarəedici Partnyorudur.
O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.
G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.
Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.
Evlidir, iki övladı var.