İçeriğe geçmek için "Enter"a basın

Deputatın oğlu adam vurdu – TƏFƏRRÜAT (Yenilənib)

03-10-2017


[r32]
Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Report” xəbər verir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.
Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.

Xəsarət almış tələbənin atası Şakir Nurullayev “Report”un əməkdaşı ilə söhbətində oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: “Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib”.

Deputat Fəzail İbrahimli isə “Report”a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını deyib. O, “Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı” sualına isə belə cavab verib: “Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlu heç bir qəza törətməyib”.
Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.

Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb. “Report” mənbənin verdiyi yanlış informasiyanı dərc etdiyinə görə Ağamalı ailəsindən üzr istəyir.

* * *

Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib. Bu sözləri axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər. Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.

1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə Axar.az-a bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.

****
“Qardaşımın heç vaxt “Jeep”i olmayıb və o 15 gündür ki, Türkiyədədir”.

“Yalçın Fəzail oğlu Ağamalının adı hallandığı qəza ilə bağlı heç bir əlaqəsi yoxdur”. Bunu İstiPress-ə açıqlamasında deputat Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı deyib.

Onun sözlərinə görə, guya qardaşının Tibb Universitetinin qarşısında piyadanı vurması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. “Birincisi, qardaşımın xəbərdə qeyd edildiyi kimi 36 deyil 44 yaşı var. İkincisi onun avtomobil idarə etdiyi gündən bu günə kimi heç vaxt “Jeep” markalı avtomobili olmayıb”.

E.Ağamalının sözlərinə görə, qardaşı ümumiyyətlə 15 gündür ki, Azərbaycanda deyil. O, övladının təhsili ilə bağlı hazırda Türkiyədədir. “O, hazırda ölkədə olmadığı üşün mən açıqlama verməyə məcbur oldum. Məsələnin haradan qaynaqlandığı tərəfimizdən araşdırılır”.

Xatırladaq ki, Yalçın Ağamalının Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurması barədə xəbər yayılıb. Məlumata görə, o ağır xəsarət alan piyadanı xəstəxanaya çatdırıb.

***

“Yuxarı dairələrdən yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”
36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. /”Report”

“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki!”.

Bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.

“Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.

Deputatın oğlu adam vurdu – TƏFƏRRÜAT (Yenilənib)