İçeriğe geçmek için "Enter"a basın

Ferma yandı, 4 000 quş telef oldu

26-01-2015


26.01.2015 / 22:12 xeber –

Şəmkirin Seyfəli kəndində quşçuluq fermasında yanğın baş verib.

 

Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 26-da saat 20 radələrində qeydə alınıb.

 

Kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub.

 

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarısı alınıb. Fermadan təxminən 4 min quş xilas edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbə : Lent.az

Ferma yandı, 4 000 quş telef oldu