
26.01.2015 / 18:41 xeber –
Sabah Lənkəran şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, məhdudiyyət Xanbulançay su anbarında aparılan təmir və yenidənqurma işləri ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Mənbə : Lent.az