
26.01.2015 / 14:25 xeber –
Bakıda məktəbdə quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək, 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib, 5 manatını almasını bildirib.
35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə : Lent.az
men taniyiram onu