İçeriğe geçmek için "Enter"a basın

Naziri qaçırdılar

25-01-2015


25.01.2015 / 21:11 xeber –

Mərkəzi Afrika Respublikasının idman naziri Armel Sayo silahlılar tərəfindən qaçırılıb.

 

APA-nın xəbərinə görə, Anadolu Agentliyi nazirin kilsədən çıxarkən səkkiz nəfər silahlı tərəfindən qaçırıldığını yazıb.

 

Nazirin qaçırılmasını hələlik heç bir qeyri-leqal təşkilat öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında bundan əvvəl BMT əməkdaşı, Fransa humanitar təşkilatının işçisi və bir yerli din xadimi girov götürülüb, sonradan sərbəst buraxılıblar.

Mənbə : Lent.az

Naziri qaçırdılar