İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanda yol qırğını davam edir: 7 nefer öldü

25-01-2015


25.01.2015 / 13:25 xeber –

Yanvarın 24-də – şənbə günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 7 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 16 ağır və ya nisbətən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 7 nəfərdən başqa 13 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Ölümlə nəticələnən qəzalardan 2-si Bakıda, digər 5-i isə rayonlarda baş verib.

 

Hər bir fakt üzrə zəruri araşdırmalar aparılır.

 

Qeyd edək ki, son günlər ölkə ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bir çox yollarda duman çətinliklər yaradır.

Mənbə : Lent.az

Azerbaycanda yol qırğını davam edir: 7 nefer öldü