İçeriğe geçmek için "Enter"a basın

Bakıda evleri su basdı: sakinler köçürüldü

25-01-2015


25.01.2015 / 09:40 xeber –

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və vətəndaşların evdən çıxmasının çətinləşməsi ilə bağlı müraciət daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat saat 06:22-də başa çatıb.

Mənbə : Lent.az

Bakıda evleri su basdı: sakinler köçürüldü