İçeriğe geçmek için "Enter"a basın

Nyu-Yorkda iki qadın ve uşaq güllelendi

24-01-2015


24.01.2015 / 21:26 xeber –

Nyu-Yorkda 34 yaşlı kişinin atəş açması nəticəsində iki qadın və uşaq ölüb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kuins rayonunun yaşayış məhəllələrindən birində qeydə alınıb.

 

İnsident nəticəsində 62  və 31 yaşlı qadın, habelə 7 yaşlı qız ölüb. Daha bir nəfər, 12 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hadisə yerindən qaçan cinayətkarın şəxsiyyətini müəyyən edib.

 

 Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Nyu-Yorkda iki qadın ve uşaq güllelendi