İçeriğe geçmek için "Enter"a basın

2022-ci ildə 75% smartfonlar süni intellektlə təchiz ediləcək

17-04-2019

[r32]
xeber –

2017-ci ildə “Apple” və “Huawei” şirkətləri öz aparatlarında süni intellekti dəstəkləyən ixtisaslaşdırılmış prosessorlar tətbiq ediblər:

 

“iPhone 8” smartfonları “A11 Bionic” çipi, “Huawei Mate 10 Pro” aparatı isə “Hisilicon Kirin 970” prosessorları ilə təchiz edilib.

 

 

Lent.az ictnews-a istinadla xəbər verir ki, 2 il sonra, demək olar, bütün çip istehsalçıları ixtisaslaşdırılmış süni intellekt çiplərindən istifadə etməyə başlayıblar.

 

 

Məsələn, “Qualcomm Snapdragon 855” prosessorunda “AI Tensor Accelerator” süni intellekt sürətləndiricisinə malik “Hexagon DSP” rəqəmli siqnal prosessoru, “MediaTek” isə daxili süni intellekt imkanlarına malik çiplər təklif edir.

 

 

“Counterpoint Research” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə süni intellekt texnologiyalarını dəstəkləyən təxminən 190 milyon smartfon satılıb. Mütəxəssislər hesab edirlər ki, 2022-ci ilədək 4 aparatdan 3-ü ixtisaslaşdırılmış süni intellekt prosessorlarına malik olacaqlar və belə qurğuların satış həcmi 1,25 milyarda yaxınlaşacaq.


mənbə :
Lent.az

2022-ci ilde 75% smartfonlar suni intellektle techiz edilecek